Bibliographic record
Abstract
QIPÇAQ ABİDƏSİ "KODEKS KUMANİKUS"XÜLASƏ Orta əsrlərdə yazılmış qıpçaq abidələrindən biri də "Kodeks Kumanikus" əsəridir.Əsər yazıldığı əlifba sistemi və dil xüsusiyyətlərinə görə türkologiyada önəmli yerə sahibdir.Əlifba sisteminin çətinliyinə görə əlyazmanı oxumaq və üzərində təhlil aparmaq asan olmasa da, əsər tapılandan bu zamana qədər diqqət mərkəzində olmuş və müxtəlif dövrlərdə tədqiqatlara cəlb olunmuşdur.Eyni zamanda, əsərin adı və yazılma məqsədi haqqında da elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur.Bu araşdırmada əsərin tədqiq tarixi dövrləşdirilmiş, adının niyə çoxvariantlı olmasının səbəbləri aydınlaşdırılmış və yazılma məqsədi ilə bağlı gəlinən nəticələr ortaya qoyulmuşdur.Açar Sözlər: orta əsrlər, Kodeks Kumanikus, tədqiq tarixi, qotik hərflər, qıpçaq dili."Kodeks Kumanikus" orta əsrlər türk dili mənzərəsini əks etdirən önəmli əsərlərdən biridir.Əsər latın əlifbasının qotik hərfləri ilə yazılmışdır.Buna görə də türk dilinin orta dövründə qotik hərflərlə yazılan yeganə nümunəsi sayılır.Əsərin bir hissəsi ilk dəfə 1656-cı ildə Tomasini tərəfindən nəşr edilmiş, daha sonra əsər C.Leybnis tərəfindən tədqiqata cəlb edilmiş, 1769-cu ildə D.Kornides tərəfindən 22 səhifəsi nəşr edilmişdir [Ligeti: 1981, s.4]."Kodeks Kumanikus" əsərinin elmi tədqiqi XIX əsrin sonlarından başlamış, müasir dövrdə də davam etməkdədir.Bu cəhətdən əsər üzərində aparılan araşdırmaları dövrlər üzrə belə bölə bilərik: XIX əsrdə "Kodeks Kumanikus" əsərinin tədqiqi.XIX əsr, "Kodeks Kumanikus"un tədqiqində əsaslı bir dövr olmuşdur.İlk tədqiqatlar əsərin nəşri, tərcüməsi və morfoloji təhlili ilə başlamış və Kuman dilinin xüsusiyyətlərinin öyrənilməsi üçün ilk təməllər atılmışdır.Y.Klaprot, G.Kuun, V.Radloff və başqa tədqiqatçılar əsəri elmi şəkildə araşdıraraq onun dilçilik tarixindəki əhəmiyyətini ortaya qoymuşlar.Bu dövrün tədqiqatları, kuman dilini öyrənmək və onu digər türk dilləri ilə müqayisə etmək baxımından çox önəmlidir.1828-ci ildə Y.Klaprot I hissəsini nəşr etdirmişdir [Klaproth: 1828, s.122-254].Əsərin tam olaraq nəşr edən ilk dəfə G.Kuun olmuşdur.O, 1880-ci ildə latın dilində geniş giriş və şərhlərlə əsəri Budapeştdə nəşr etdirmişdir [Kuun: 1880].XIX əsrin 80-ci illərində V.Radloff əsərin türk dili materialı üzərində tədqiqat aparmış, nəşr etdirmiş və Kuman dilini təhlil etmişdir.Onun tədqiqatları "Kodeks Kumanikus" üzərindəki ilk ciddi morfoloji və qrammatik təhlil işi sayılır.1887-ci ildə V.Radlovun tədqiqatları türk dilləri üzrə araşdırmaların əsaslı başlanğıcı olmuşdur [Radloff:1887].V.Bang 1890-cı illərin əvvəllərində V.Radlovun kuman dili ilə bağlı əsərləri haqqında bəzi məqalələr yazmışdır.Onun bu yazıları V.Radlovun işlərini və kuman dilinin öyrənilməsi sahəsindəki əhəmiyyətini vurğulamağa yönəlmişdir.V.Banq, V.Radlovun kuman dilindəki folklor materiallarını diqqətlə analiz etmiş və onların Türk xalqlarının tarixindəki mühüm rolunu qeyd etmişdir.
Fetched live from OpenAlex and de-inverted. Abstracts are not stored in this database: the inverted indexes are 8.6 GB of the frame’s 9.3 GB of text, and the host has 13 GB free.
How this classification was reachedexpand
Full frame machine prediction
Teacher imitationNot calibrated prevalence, not ground truth. Human validation pending. The Gemma side is a direct model label for every work in the frame, read from the title-only record. The Codex side is a classifier learned from the 10,348 direct Codex labels and calibrated to design-weighted sample rates; fields without enough sample support carry no Codex call. Candidate is the union of the two sides; consensus is their intersection. These outputs are machine_predicted_unvalidated and are not human labels.
Distilled classifier scores by category (both heads)
| Category | Codex | Gemma |
|---|---|---|
| Metaresearch | 0.000 | 0.001 |
| Meta-epidemiology (narrow) | 0.000 | 0.000 |
| Meta-epidemiology (broad) | 0.000 | 0.000 |
| Bibliometrics | 0.001 | 0.001 |
| Science and technology studies | 0.004 | 0.001 |
| Scholarly communication | 0.002 | 0.001 |
| Open science | 0.000 | 0.001 |
| Research integrity | 0.001 | 0.001 |
| Insufficient payload (model declined to judge) | 0.049 | 0.005 |
Machine scores (provisional)
The two teacher heads of the student model, read on this work. A score orders the frame for review; it never asserts a category, and the validation status ships verbatim with every row.
Baseline scores from an immature model (maturity gate not passed, 7 training rounds). Scores rank; they never assert a category.
score_only:v0-immature-baseline · verbatim from the scoring run: score_only means the number may rank works, and no category label ships from itClassification
machine, unvalidatedMachine predicted; a candidate call from one source (direct Gemma or distilled Codex), not a consensus.
How this classification was reached, model by model and score by score, is at the end of the page under "How this classification was reached".